İsakın “Liverpul” problemi: “Nyukasl”dakı inam hələ yoxdur

29 Avqust 2026 21:49
99
İsakın “Liverpul” problemi: “Nyukasl”dakı inam hələ yoxdur

İngiltərə Premyer Liqasının ikinci turunda “Nottingem Forest”la 2:2 hesablı heç-heçə edən “Liverpul”da futbolçu Aleksandr İsakın çıxışı müzakirələrə səbəb olub.

İdman.Biz BBC Sport-a istinadən xəbər verir ki, İngiltərə millisinin sabiq qapıçısı Co Hart “Liverpul”un hələ İsakla necə oynamalı olduğunu tam müəyyənləşdirmədiyini bildirib.

Hartın sözlərinə görə, “Nyukasl”da oyunun böyük hissəsi İsakın üzərindən qurulurdu və futbolçular arasında zamanla formalaşan qarşılıqlı inam buna imkan verirdi. “Liverpul”da isə hazırda həmin inam yoxdur və bu, hücumçunun meydanda təcrid olunmasına səbəb olur.

Liverpul”un 125 milyon funt-sterlinqə transfer etdiyi İsveç millisinin hücumçusu ilk hissədə cəmi 6 dəfə topla təmasda olub, 1 dəqiq ötürmə verib və qapıya zərbə endirməyib. İkinci hissədə isə İsak komandasının ilk qolunu vurub.

Qeyd edək ki, 26 yaşlı İsak “Nyukasl”da keçirdiyi son iki mövsümdə Premyer Liqada 44 qol vurub. “Liverpul”da isə ilk mövsümündə zədələr səbəbindən 14 liqa oyununda cəmi 3 qolla yadda qalıb.

İdman.Biz