“Mançester Yunayted”in 160 milyonluq transferi zədələndi

28 Avqust 2026 18:50
82
“Mançester Yunayted”in 160 milyonluq transferi zədələndi

İngiltərənin “Mançester Yunayted” futbol klubunun yeni transferi Karlos Baleba zədə səbəbindən bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq.

İdman.Biz BBC Sport-a istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Maykl Karrik bildirib.

Onun sözlərinə görə, 21 yaşlı yarımmüdafiəçinin topuğunda problem var və onun təxminən 2-3 həftə komandaya kömək edə bilməyəcəyi gözlənilir.

Karrik futbolçunun potensialını yüksək qiymətləndirərək onun komandaya qayıtmasını səbirsizliklə gözlədiklərini bildirib.

Qeyd edək ki, “Mançester Yunayted” Balebanı “Brayton”dan 70 milyon funt-sterlinqə (161,2 milyon manat) transfer edib. Kamerunlu futbolçu zədəni də məhz mövsümöncəsi hazırlıq zamanı alıb.

İdman.Biz