“Fənərbağça” 18 ildən sonra Çempionlar Liqasına qayıdıb

27 Avqust 2026 03:37
79
“Fənərbağça” 18 ildən sonra Çempionlar Liqasına qayıdıb

Türkiyənin “Fənərbağça” futbol klubu 18 ildən sonra UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.

İdman.Biz xəbər verir ki, İstanbul təmsilçisi pley-off mərhələsinin cavab oyununda Fransanın “Lion” klubunu səfərdə məğlub edib.

Qarşılaşma “Fənərbağça”nın 2:1 hesablı qələbəsi ilə başa çatıb. İlk oyunda qeydə alınan 1:1 hesablı heç-heçədən sonra Türkiyə klubu iki görüşün nəticəsinə əsasən 3:2 üstün olub.

24-cü dəqiqədə Vedat Muriqi “Fənərbağça”nı hesabda önə çıxarıb. Cəmi dörd dəqiqə sonra Arçi Braun fərqi iki topa çatdırıb.

Fasilədən sonra “Lion” oyunun gedişini dəyişməyə çalışıb. 61-ci dəqiqədə Malik Fofana meydan sahiblərinin qollarından birinin əvəzini çıxsa da, Fransa klubu hesabı bərabərləşdirə bilməyib.

Beləliklə, “Fənərbağça” 2008-ci ildən sonra ilk dəfə Çempionlar Liqasının əsas mərhələsində çıxış edəcək.

Qeyd edək ki, turnirin Liqa mərhələsində Türkiyəni iki klub təmsil edəcək. “Fənərbağça” ilə yanaşı, “Qalatasaray” da birbaşa vəsiqə ilə əsas mərhələdə iştirak edəcək.

İdman.Biz