Mourinyo 13 ildən sonra yenidən “Bernabeu”da

26 Avqust 2026 10:13
80
Mourinyo 13 ildən sonra yenidən “Bernabeu”da

Bu gün İspaniya çempionatının təxirə salınmış I turunun matçında “Real Madrid” doğma meydanda “Real Sosyedad”ı qəbul edəcək.

İdman.Biz xəbər verir ki, “Santyaqo Bernabeu” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. I turun oyunu komandaların futbolçularının dünya çempionatının son mərhələlərində iştirakı səbəbindən təxirə salınıb.

Bu görüş Joze Mourinyo üçün də xüsusi əhəmiyyət daşıyacaq. Portuqaliyalı mütəxəssis “Real Madrid”ə qayıtdıqdan sonra ilk dəfə komandanı ev oyununa çıxaracaq. O, sonuncu dəfə 2013-cü il iyunun 1-də “Santyaqo Bernabeu”da Madrid klubuna rəhbərlik edib. Həmin qarşılaşmada “Real Madrid” “Osasuna”ya 4:2 hesabı ilə qalib gəlib.

Mourinyo oyundan əvvəl deyib: “Bernabeunun məni xüsusi şəkildə qarşılamasını istəmirəm. İstəyirəm ki, stadion komandanı – öz komandasını, öz ehtirasını qarşılasın. Ən vacib olan komandadır, mən önəmli deyiləm”.

“Real Madrid” yeni La Liqa mövsümündə artıq bir oyun keçirib. Madrid klubu səfərdə “Espanyol”u 2:1 hesabı ilə məğlub edib. Qələbə qolunu matçın sonlarında Karlos Espi vurub. “Real Sosyedad” isə çempionata səfərdə “Betis”ə 0:1 hesablı məğlubiyyətlə başlayıb.

İspaniya çempionatı, I tur

23:00. “Real” – “Real Sosyedad”

İdman.Biz