Martinelli “Əl-Hilal”a keçməyə razıdır – danışıqlarda irəliləyiş

25 Avqust 2026 23:40
77
Martinelli “Əl-Hilal”a keçməyə razıdır – danışıqlarda irəliləyiş

İngiltərənin “Arsenal” futbol klubunun vingeri Qabriel Martinellinin karyerasını Səudiyyə Ərəbistanında davam etdirmək ehtimalı yüksəlib.

İdman.Biz xəbər verir ki, “Əl-Hilal”la London klubu arasında son günlər aparılan danışıqlarda ciddi irəliləyiş əldə olunub. Səudiyyə klubu futbolçuya ildə təxminən 20 milyon avro və əlavə bonuslar ödəməyə hazırdır.

25 yaşlı braziliyalı özü də transferə müsbət yanaşır. Tərəflər məbləğlə bağlı yekun razılığa yaxınlaşarkən, müqaviləyə “Arsenal”ın futbolçunun gələcək satışından gəlir əldə etməsini nəzərdə tutan bəndin daxil edilməsi müzakirə olunur.

Martinelli daha əvvəl Türkiyənin “Qalatasaray” klubunun təklifini qəbul etməyib.

“Arsenal” isə onun mümkün gedişi fonunda hücum xəttinə yeni futbolçu axtarır.

İdman.Biz