“Barselona”nın transfer planları dəqiqləşib

Xəbərlər
23 Yanvar 2024 09:15
251
“Barselona”nın transfer planları dəqiqləşib

"Barselona"nın yay transfer planları bəlli olub.

İdman.biz xəbər verir ki, İspaniya klubu heyətinə 5 yeni futbolçu qatmağı planlaşdırır.

Kataloniyalılar "Jirona"nın 5 oyunçusu ilə güclənmək niyyətindədir. Klubun idman direktoru Dekunun izlədiyi futbolçular Aleyş Qarsiya, Savio Moreyra, Yanxel Errera, Viktor Siqankov və Artyom Dovbikdir. "Barselona" bu klubda icarədə olan oyunçuları Pablo Torre və Erik Qarsiyanın keçidi hesabına yeni transferlərinin qiymətini aşağı sala bilər.

Qeyd edək ki, "Jirona" 52 xalla La Liqanın lideridir.

İdman.biz

Məqalədə: