"Atalanta"nın baş məşqçisi Can Pyeronun Qasperinin "Roma" ilə anlaşdığı xəbərləri yayılıb.
İdman.biz xəbər verir ki, 67 yaşlı mütəxəssisin "canavarlar"la 3 illik ilkin müqavilə bağladığı bildirilib.
Qasperini Berqamo təmsilçisini 9 ildən sonra tərk edəcək. Komanda onun rəhbərliyi ilə keçirdiyi 439 iyunda 228 qələbə qazanıb, 101 dəfə heç-heçə oynayıb, 110 dəfə isə uduzub. O, "Atalanta"ya 2023/2024 mövsümündə UEFA Avropa Liqası titulunu qazandırıb.
Qeyd edək ki, son mövsümdə "Roma"ya Kladio Ranyeri rəhbərlik edib. Komanda A Seriyasını 5-ci pilllədə başa vurub.
İdman.biz