Batakov “Qalatasaray”a keçib

21 Avqust 2026 06:43
64
Batakov “Qalatasaray”a keçib

Türkiyənin “Qalatasaray” futbol klubu Aleksey Batakovun keçidini rəsmiləşdirib.

İdman.Biz xəbər verir ki, İstanbul klubunun prezidenti Dursun Özbek futbolçunun bundan sonra “Qalatasaray”ın formasını geyinəcəyini açıqlayıb.

“Bu gündən etibarən Aleksey “Qalatasaray”ın formasında çıxış edəcək. O, komandamızı gücləndirəcək və həm Çempionlar Liqasında, həm də çempionatda uğurlarımıza böyük töhfə verəcək. “Qalatasaray”a xoş gəldin! Ümid edirəm ki, uzun illər klubumuza xidmət edəcək futbolçulardan biri olacaq”, – deyə Özbek bildirib.

Aleksey Batakov “Qalatasaray”la 2031-ci ilin yayına qədər müqavilə imzalayıb.

İstanbul klubu yarımmüdafiəçi üçün Rusiyanın “Lokomotiv” klubuna 25 milyon avro (48 milyon AZN) ödəyib. Bundan başqa, futbolçunun gələcək satışından əldə ediləcək mənfəətin 15 faizi Moskva klubuna çatacaq.

İdman.Biz