“Kanzas Siti”dən rekord transfer: “Olimpiakos”un hücumçusu gətirildi

19 Avqust 2026 11:46
99
“Kanzas Siti”dən rekord transfer: “Olimpiakos”un hücumçusu gətirildi

ABŞ-nin “Kanzas Siti” futbol klubu Yunanıstanın “Olimpiakos” komandasının braziliyalı hücumçusu Andre Luijini transfer edib.

İdman.Biz xəbər verir ki, ESPN-in məlumatına görə, 24 yaşlı futbolçu ilə 2031-ci il iyunun 30-dək qüvvədə olacaq müqavilə imzalanıb.

Keçidin dəyəri təxminən 15,5 milyon avro (təxminən 31 milyon AZN) təşkil edib. Bu məbləğ “Kanzas Siti” tarixində ən bahalı transfer kimi qeydə alınıb.

Klubun əvvəlki transfer rekordu “Çivas”dan 6,5 milyon avroya (təxminən 13 milyon AZN) alınan Alan Pulidoya məxsus idi.

Andre Luijinin keçidi viza və beynəlxalq transfer sertifikatının rəsmiləşdirilməsindən sonra rəsmən tamamlanacaq.

Qeyd edək ki, braziliyalı forvard 2025/2026 mövsümündə “Olimpiakos”un heyətində 30 oyuna çıxıb, yeddi qol vurub və məhsuldar ötürmə edib. “Transfermarkt” onun hazırkı bazar dəyərini 6 milyon avro (təxminən 12 milyon AZN) göstərir.

İdman.Biz