Serxio Buskets “Barselona”ya qayıtdı

17 Avqust 2026 15:36
85
Serxio Buskets “Barselona”ya qayıtdı

“Barselona”nın əfsanəvi futbolçusu Serxio Buskets məşqçi kimi klubuna qayıdıb.

İdman.Biz xəbər verir ki, 38 yaşlı ispaniyalı mütəxəssis “Barselona”nın ikinci komandasında baş məşqçi Juliano Bellettinin köməkçisi təyin olunub.

Qeyd edək ki, Serxio Buskets “Barselona”nın yetirməsidir. O, əsas komandada 15 il çıxış edib və 2023-cü ildə klubu tərk edərək karyerasını MLS-in “İnter Mayami” klubunda davam etdirib. Buskets 2025-ci ildə futbolçu karyerasını başa vurub.

İdman.Biz