"Bavariya"nın yarımmüdafiəçisi Camal Musiala "RB Leypsiq"lə yoldaşlıq oyunu zamanı istidən özünü pis hiss edib və qısa müddətə huşunu itirib.
İdman.Biz bildirir ki, oyun bu gün, 15 avqustda baş tutub və Münhen komandasının 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Hadisə matçın 83-cü dəqiqəsində, 23 yaşlı futbolçu qol vurduqdan qısa müddət sonra baş verib. Komanda yoldaşı İsmail Saybarı Musialanın halını görüb və onu tutaraq yerə yıxılmasının qarşısını alıb.

Tibb işçiləri oyunçuya bir neçə dəqiqə yardım göstəriblər. Daha sonra Musiala meydanı təkbaşına tərk edib və onun yerinə Bara Ndiaye çıxıb. Alman mediasının məlumatına görə, ilkin müayinə zamanı ciddi sağlamlıq problemi aşkar edilməyib. Yarımmüdafiəçi yaxın günlərdə istirahət edəcək və sağalacaq.
Vəziyyət İsmail Saybarı üçün yeni bir şey deyil: 2017-ci ildə Əbdülhak Nurinin "Ayaks" və "Verder" arasında keçirilən yoldaşlıq oyununda ürəyi dayananda o, meydanda olub.
