İspaniyanın “Barselona” futbol klubu “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri Ernandesin transferi üçün ümumi xərci 210 milyon avronu keçə bilər.
İdman.Biz xəbər verir ki, AS nəşrinin hesablamasına əsasən, İngiltərə klubu 30 yaşlı futbolçunun keçidi üçün təxminən 80 milyon avro (155 milyon AZN) tələb edir.
Rodrinin “Barselona” ilə dörd illik müqavilə imzalayacağı və mövsümə təxminən 15 milyon avro (116 milyon AZN) xalis maaş alacağı bildirilir. Vergilər nəzərə alındıqda kataloniyalıların futbolçunun əməkhaqqına ildə təxminən 30 milyon avro (58 milyon AZN) xərcləməsi gözlənilir. Bu isə dörd il ərzində 120 milyon avroya (233 milyon AZN) yaxın məbləğ deməkdir.
Beləliklə, təkcə transfer haqqı və maaş xərcləri təxminən 200 milyon avroya çatır. Müxtəlif bonuslar və vasitəçi komissiyaları da əlavə olunduqda əməliyyatın ümumi dəyərinin 210 milyon avronu (407 milyon AZN) aşacağı qeyd olunur.
“Mançester Siti”nin Rodri üçün 80 milyon avroya yaxın məbləğ istədiyi bildirilir. “Barselona”nın bundan əvvəl etdiyi təxminən 60 milyon avroluq təklif isə İngiltərə klubu tərəfindən qəbul edilməyib.
Rodrinin “Mançester Siti” ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Buna baxmayaraq, 30 yaşlı ispaniyalının karyerasını “Barselona”da davam etdirməyə müsbət yanaşdığı vurğulanır.
“Barselona” isə Rodri Ernandesin transferini mümkün qədər tez başa çatdırmaq niyyətindədir. Kataloniya klubu “Mançester Siti” ilə danışıqların yekunlaşması üçün qarşısına 48 saatlıq müddət qoyub. “Barselona”nın əsas məqsədi ispaniyalı yarımmüdafiəçini Joan Qamper Kuboku öncəsi komandaya qoşmaqdır. “Barselona”nın son təklifinin 60 milyon avro sabit ödəniş və əlavə 10 milyon avro bonusdan ibarət olduğu bildirilir.
