“Əl-Əhli” Osimhen üçün 130 milyon avro təklif edib

13 Avqust 2026 16:25
96
“Əl-Əhli” Osimhen üçün 130 milyon avro təklif edib

Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubu “Qalatasaray”ın hücumçusu Viktor Osimheni heyətinə qatmaq üçün böyük məbləğ təklif edib.

İdman.Biz xəbər verir ki, jurnalist Florian Plettenberqin məlumatına görə, “Əl-Əhli” Nigeriya millisinin üzvü üçün İstanbul təmsilçisinə 130 milyon avro (252.2 milyon AZN) təklif göndərib.

“Qalatasaray” rəhbərliyi isə bu təklifə baxmayaraq, futbolçunun transferi ilə bağlı danışıqlara başlamaqdan imtina edib.

Osimhen 2025-ci ilin yayında “Napoli”dən “Qalatasaray”a 75 milyon avroya transfer olunub. Bu keçid Türkiyə futbolu tarixində rekord transfer olub.

27 yaşlı hücumçu bundan əvvəl də Səudiyyə Ərəbistanı klublarının maraq dairəsində olub. 2024-cü ildə “Əl-Əhli” onun transferi üçün “Napoli” ilə danışıqlar aparsa da, keçid baş tutmamışdı.

İdman.Biz