İspaniya Superkubokunun keçirilmə tarixi açıqlandı

13 Avqust 2026 15:25
131
İspaniya Superkubokunun keçirilmə tarixi açıqlandı

2027-ci il İspaniya Superkubokunun keçiriləcəyi şəhər və vaxt müəyyənləşib.

İdman.Biz xəbər verir ki, turnir Türkiyənin İstanbul şəhərində təşkil olunacaq. Qərar İspaniya Kral Futbol Federasiyasının (RFEF) müvafiq komissiyası tərəfindən təsdiqlənib.

Superkubok fevralın 2-dən 7-dək keçiriləcək. Turnirdə “Barselona”, “Real”, “Atletiko” və “Real Sosyedad” iştirak edəcəklər.

Yarımfinal mərhələsində “Real Sosyedad” “Real”la, “Barselona” isə “Atletiko” ilə qarşılaşacaq. Qaliblər fevralın 7-də keçiriləcək finalda üz-üzə gələcəklər.

Turnirin oyunlarının İstanbulun Atatürk Olimpiya Stadionunda keçirilməsi nəzərdə tutulub. Bu arena daha əvvəl 2005 və 2023-cü illərdə UEFA Çempionlar Liqasının finalına ev sahibliyi edib.

İspaniya Superkuboku son illərdə əsasən Səudiyyə Ərəbistanında təşkil olunurdu. 2027-ci ildə turnirin məkanının dəyişdirilməsi həmin dövrdə regionda keçiriləcək digər böyük futbol turniri ilə təqvim uyğunlaşması ilə əlaqələndirilir.

İdman.Biz