Depay “Korintians”ı cəzalandıracağına söz verib

12 Avqust 2026 19:37
121
Depay “Korintians”ı cəzalandıracağına söz verib

Hücumçu Memfis Depay "Korintians"dan ayrılması ilə bağlı açıqlama verib.

İdman.Biz bildirir ki, 11 avqustda Braziliya klubu oyunçunun müqaviləsini yeniləməkdən imtina etdiyini açıqlayıb.

"Korintians"ın müqaviləmi daha iki il uzatmaqla bağlı mövcud razılaşmamızı yerinə yetirməmək qərarına gəlməsindən dərin məyusluq hissi keçirirəm. Müqavilənin uzadılması prezident, eləcə də idman, hüquq və maliyyə departamentləri tərəfindən açıq şəkildə razılaşdırılıb. Lakin bəzi insanlar bu öhdəlikdən imtina etmək qərarına gəliblər.

Mən bu vəziyyəti istəmirdim və proses boyu kluba həmişə hörmət etmişəm, amma indi maraqlarımı qorumaq üçün qətiyyətli reaksiya verməyə məcburam. Yaxın günlərdə ictimaiyyət qarşısında çıxış edəcəyəm, amma əmin olun ki, bu qəbuledilməz davranışı cəzasız qoymayacağam", - deyə Depay sosial media səhifəsində yazıb.

Depay 2024-cü ilin sentyabr ayından bəri "Korintians"da oynayır. Bu müddət ərzində hücumçu bütün yarışlarda 79 oyunda meydana çıxıb, 20 qol vurub və 15 məhsuldar ötürmə edib.

İdman.Biz