“İnter” İngiltərə millisinin müdafiəçisi ilə müqavilə imzalayıb

12 Avqust 2026 19:04
145
“İnter” İngiltərə millisinin müdafiəçisi ilə müqavilə imzalayıb

"İnter" Londonun "Tottenhem" klubundan İngiltərə millisinin müdafiəçisi Ced Spenslə müqavilə imzalayıb.

İdman.Biz bu barədə jurnalist Fabrizio Romanoya istinadən bidlirir.

İnsayderdən verilən məlumata görə, İtaliya klubu 26 yaşlı müdafiəçi üçün 31,5 milyon avro ödəyəcək. Müqavilə şərtləri də razılaşdırılıb.

Ötən mövsüm Ced Spens klubun heyətində bütün yarışlarda 44 oyunda meydana çıxsa da, qol vura bilməyib. Dünya Kubokunda müdafiəçi İngiltərə millisində səkkiz oyun keçirib. Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 40 milyon avrodur.

İdman.Biz