İtaliyanın “Roma” futbol komandası heyətini yeni oyunçu ilə gücləndirib.
İdman.Biz xəbər verir ki, paytaxt təmsilçisi İspaniyanın “Atletiko Madrid” futbol komandasının müdafiəçisi Nauel Molinanı transfer edib.
Məlumata görə, “Roma” 28 yaşlı argentinalı üçün 13 milyon avro (25.2 milyon AZN) ödəyəcək. Müqavilədə əlavə bonuslar da nəzərdə tutulub. Daha əvvəl tərəflər arasında ümumi paket üzrə 17-18 milyon avroya çata biləcək razılaşma barədə məlumat yayılıb.
Argentina millisinin üzvü 2022-ci ildən “Atletiko Madrid”də çıxış edirdi. O, bundan əvvəl İtaliyada “Udineze”nin formasını geyinib.
Molina 2022-ci ildə Argentina yığmasının heyətində dünya çempionu olub.
