“NEC Neymegen” ilk dəfə Çempionlar Liqasının pley-offuna çıxıb

12 Avqust 2026 00:44
146
“NEC Neymegen” ilk dəfə Çempionlar Liqasının pley-offuna çıxıb

Niderlandın “NEC Neymegen” və Yunanıstanın “Olimpiakos” komandaları arasında 2026/27 mövsümü UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunu başa çatıb.

İdman.Biz bildirir ki, matç 2:1 hesabı ilə Niderland klubunun xeyrinə qurtarıb. İlk oyunda komandalar qol vura bilməmişdilər.

46-cı dəqiqədə Əyub Əl Kaabi yunanıstanlıları irəli çıxarıb, 70-ci dəqiqədə Brayan Linsen hesabı bərabərləşdirib. 80-ci dəqiqədə Yunanıstan komandasından Kostas Fortunis meydandan qovulub. Əsas vaxt 1:1 başa çatıb, əlavə vaxtın 95-ci dəqiqəsində Emre Mor qələbə qolunu vurub.

Beləliklə, “NEC Neymegen” tarixində ilk dəfə Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib. Turnirin növbəti mərhələsində komanda Norveç təmsilçisi “Bodø-Qlimt” ilə qarşılaşacaq. İlk oyun 19 avqustda, cavab oyunu isə 25 avqustda keçiriləcək. “Olimpiakos” Avropa Liqasının əsas mərhələsində oynayacaq.

İdman.Biz