Ndiaye “Əl Hilal”a keçməkdən imtina edib

11 Avqust 2026 18:43
153
Ndiaye “Əl Hilal”a keçməkdən imtina edib

"Everton"un hücumçusu İliman Ndiaye Səudiyyə Ərəbistanı Premyer Liqası təmsilçisi "Əl-Hilal"a transferdən imtina edib.

İdman.Biz bu barədə jurnalist və insayder Fabrizio Romanoya istinadən məlumat verir.

Mənbənin məlumatına görə, oyunçu Premyer Liqada qalmaq istədiyi üçün Səudiyyə Ərəbistanı Premyer Liqası seçimini rədd edib.

Ötən mövsüm Ndiaye bütün yarışlarda 34 oyunda meydana çıxıb, altı qol vurub və üç məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. Transfermarkt-dakı məlumata görə, onun bazar dəyəri 55 milyon avrodur.

İdman.Biz