“Real” yeni oyunçularının forma nömrələrini açıqlayıb

11 Avqust 2026 00:34
180
“Real” yeni oyunçularının forma nömrələrini açıqlayıb

"Real Madrid" 2026/2027 mövsümü üçün yeni transferlərinin forma nömrələrini açıqlayıb.

İdman.Biz bildirir ki, müdafiəçi İbrahima Konate 16 nömrəli formanı geyinəcək. Mark Kukurelya 17, Denzel Dumfris isə 24 nömrəli formanı geyinəcək. Yarımmüdafiəçi Bernardo Silva 20, Yann Diomande 25, Karlos Espi isə 19 nömrəli formanı seçib.

Daniel Karvaxalın gedişindən sonra boş qalan 2 nömrəli formanı Raul Asensio götürüb. Əvvəllər David Alabanın geyindiyi 4 nömrəli formanı isə Din Heysen geyinəcək. "Lion"da icarə əsasında oynadıqdan sonra "Real Madrid"ə qayıdan hücumçu Endrik yenidən 9 nömrəli formanı seçib.

Yeni La Liqa mövsümü 15 avqustda başlayır. "Real Madrid"in 2026/2027 mövsümündə ilk oyunu 22 avqustda - "Espanyol"la oyunda keçiriləcək.

İdman.Biz