Nahuel Molina “Roma”ya keçir

9 Avqust 2026 23:31
133
Nahuel Molina “Roma”ya keçir

Argentina millisinin müdafiəçisi Nahuel Molina “Atletiko”dan ayrılaraq karyerasını İtaliyada davam etdirəcək.

İdman.Biz “Corriere dello Sport”a istinadən xəbər verir ki, 28 yaşlı futbolçunun transferi ilə bağlı klublar arasında razılıq əldə olunub. Molina avqustun 10-da Romaya gələcək, tibbi müayinədən keçdikdən sonra yeni klubu ilə müqavilə imzalayacaq.

İtaliya mətbuatının məlumatına görə, argentinalı sağ cinah müdafiəçisi ilə dörd illik müqavilə bağlanacaq. Onun illik qazancının bonuslarla birlikdə təxminən 2,8 milyon avro (5.2 milyon AZN) olacağı bildirilir.

“Roma”nın Molina üçün “Atletiko”ya bonuslarla birlikdə təxminən 18 milyon avro (35 milyon AZN) ödəyəcəyi gözlənilir.

Molina hazırda dünya çempionatından sonra məzuniyyətdədir. “Roma” transfer prosedurlarını qısa müddətdə başa çatdırmaq və futbolçunu çərşənbə axşamından etibarən baş məşqçi Can Pyero Qasperinin sərəncamına vermək istəyir.

Qeyd edək ki, Nahuel Molina 2022-ci ildə “Udineze”dən “Atletiko”ya keçib. O, həmçinin Argentina millisinin heyətində 2022-ci il dünya çempionu olub.

İdman.Biz