“Qalatasaray” öz meydançasında “Vilyarreal”a məğlub olub

9 Avqust 2026 01:08
179
“Qalatasaray” öz meydançasında “Vilyarreal”a məğlub olub

Türkiyənin “Qalatasaray” və İspaniyanın “Vilyarreal” klubları arasında keçirilən yoldaşlıq oyunu bitib.

İdman.Biz xəbər verir ki, oyun İstanbuldakı “RAMS Park” stadionunda olub.

“Vilyarreal” matçda 2:1 hesablı qələbə qazanıb.

Oyunda hesabı “Vilyarreal”dan Ayose Peres 3-cü dəqiqədə penaltidaən açıb. 5-ci dəqiqədə Viktor Osimhen hesabı bərabərləşdirib. 41-ci dəqiqədə Jorj Mikautadze qonaqların qələbə topunu vurub.

“Qalatasaray” ötən mövsüm Türkiyə çempionu olub. “Vilyarreal” İspaniya La Liqasını ötən mövsüm üçüncü yerdə başa vurub.

İdman.Biz