“Real” Mastantuononu mövsümün sonunadək “Fiorentina”ya icarəyə verib

5 Avqust 2026 22:32
86
“Real” Mastantuononu mövsümün sonunadək “Fiorentina”ya icarəyə verib

Franko Mastantuono "Real Madrid"dən "Fiorentina"ya keçəcək.

İdman.Biz bu barədə insayder Fabrizio Romanoya istinadən bildirir.

Bu səhər "Real Madrid"lə razılıq əldə edilib və yarımmüdafiəçi icarə əsasında İtaliya klubuna keçəcək.

Mastantuono 2027-ci ilin iyun ayında Madridə qayıdacaq.

Ötən mövsüm o, La Liqada 23 oyun keçirib və 1 qol vurub.

İdman.Biz