Stiven Cerrardın “Əl-İttifaq”dakı gələcək taleyinə aydınlıq gəlib.
İdman.biz xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu ingiltərəli mütəxəssislə müqaviləni uzadacaq.
Artıq yeni anlaşmanın bütün detallarını razılaşdırılıb. 19 turdan sonra 8-ci pillədə qərarlaşan klubun rəhbərliyi baş məşqçinin işindən razıdır.
Qeyd edək ki, Cerrard 2023-cü ilin yayından “Əl-İttifaq”ı çalışdırır.
İdman.biz
