Tarixdə ilk dəfə üç müdafiəçi 20 qol səddini keçib

18 Yanvar 2024 11:32
479
Tarixdə ilk dəfə üç müdafiəçi 20 qol səddini keçib

2023-cü il dünya futbol tarixinə ilklə düşüb.

İdman.biz xəbər verir ki, ilk dəfə bir ildə üç müdafiəçi 20 və daha çox qol vurmağı bacarıb.

Ceyms Tavernier 26, Bencamin Mata 21, Ladislav Kreyçi 20 dəfə fərqlənib. Bunadək yalnız bir dəfə - 1976-cı ildə birdən artıq müdafiəçi belə məhsuldarlıq göstərib. Həmin vaxt Daniel Passarella 27, Nelinyo 20 qola sevinib.

Tavernier ardıcıl ikinci il 20 qol səddini keçməklə Edqardo Bauzaya məxsus rekordu təkrarlayıb. Ümumilikdə isə yalnız Ronald Kuman üç dəfə bunu bacarıb.

İndiyədək 12 dəfə müdafiəçi mövsüm ərzində 20 və ya daha çox qol vurub. Düzdür, Fernando Yerro da 27 qola imza atıb. Amma 1992-ci ildə ispaniyalı daha çox yarımmüdafiəçi kimi meydana çıxıb.

Bir təqvim ilində 20 və daha çox qol vuran müdafiəçilər:
1. Daniel Passarella (Argentina, 1976) - 27
2. Ronald Kuman (Niderland, 1987) – 26
3. Ceyms Tavernier (İngiltərə, 2023) – 26
4. Qabriel Bauza (Braziliya, 2005) – 24
5. Edqardo Bauza (Argentina, 1980) – 23
6. Ceyms Tavernier (İngiltərə, 2022) – 22
7. Ronald Kuman (Niderland, 1989) – 22
8. Ronald Kuman (Niderland, 1994) – 21
9. Edqardo Bauza (Argentina, 1981) – 21
10. Bencamin Mata (Kuk adaları, 2023) – 21
11. Nelinyo (Braziliya, 1976) – 20
12. Ladislav Kreyçi (Çexiya, 2023) - 20

Qeyd edək ki, eyni sayda qol vuran müdafiəçilər cədvəldə millidəki göstəricilərinə görə yer alıb.

İdman.biz

Məqalədə: