Klub prezidenti 43 yaşında ölüb

Xəbərlər
16 Yanvar 2024 16:40
360
Klub prezidenti 43 yaşında ölüb

Almaniyanın “Herta” klubunun prezidenti Kay Bernşteyn vəfat edib.

İdman.biz xəbər verir ki, bunu Berlin təmsilçisinin mətbuat xidməti açıqlayıb.

“Herta”nın rəhbəri 43 yaşında qəflətən dünyasını dəyişib. O, 2022-ci ilin iyulundan klubun prezidenti idi. Bernşteyn paytaxt klubunun fanklublarından birinin yaradıcılarından olub və uzun illər şərq tribunasını coşdurub.

Qeyd edək ki, 2-ci Bundesliqada çıxış edən “Herta” 17 turdan sonra 25 xalla 7-cidir.

İdman.biz

Məqalədə: