“Qarabağ” futbol klubundan ayrılan qolkiper Fabian Buntiç “Farense”yə keçib.
İdman.Biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qapıçı ilə anlaşmanın detalları açıqlanmayıb.
Xatırladaq ki, “Qarabağ” xorvatiyalı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.
