Vüsal İsgəndərli debütdə 1 xal qazanıb

Xəbərlər
13 Yanvar 2024 20:33
169
Vüsal İsgəndərli debütdə 1 xal qazanıb

Azərbaycanlı futbolçu Vüsal İsgəndərli Türkiyə 1-ci liqasında yeni komandasında debüt edib.

İdman.biz xəbər verir ki, həmyerlimiz "Boluspor"un heyətində XVIII tur çərçivəsində "Adanaspor"un qonağı olub.

Vüsalın komandası ilk hissədə hesabı açıb və daha sonra azlıqda qalıb. Nəticədə ikinci 45 dəqiqədə meydan sahibləri stutus-kvonu bərpa ediblər. Hərəyə 1 qol vuran komandalar 1 xalla kifayətləniblər.

İsgəndərli meydana start heyətində çıxıb və 81-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, "Boluspor" XVIII turdan sonra 23 xalla 9-cudur.

İdman.biz