“Çelsi”nin və Seneqal millisinin keçmiş hücumçusu Demba Ba Fransanın “Havr” klubunun idman direktoru təyin edilib.
İdman.Biz bildirir ki, bu barədə klubun rəsmi saytında məlumat verilib.
Demba Ba Fransa futbol akademiyasının yetirməsidir. Keçmiş oyunçu yüksək səviyyədə “Hoffenhaym”, “Vest Hem Yunayted”, “Nyukasl Yunayted”, “Çelsi”, “Beşiktaş” və bir neçə başqa klubda oynayıb.
“Havr” indiydək bir dəfə Fransa Kubokunu və Superkubokunu, həmçinin altı dəfə Liqa 2-ni qazanıb. Ötən mövsüm “Havr” Fransa Liqa 1-in turnir cədvəlində 14-cü yeri tutub.
