Bakıda ilk: Tanzaniya və Monqolustan yığmaları ölkəmizə gəlir

Xəbərlər
12 Yanvar 2024 09:28
144
Bakıda ilk: Tanzaniya və Monqolustan yığmaları ölkəmizə gəlir

FIFA “FİFA series” adlanan yeni layihəyə start verir.

İdman.biz xəbər verir ki, yeni layihəyə əsasən, FİFA təqvimində olan rəsmi yoldaşlıq oyunlarının əvəzinə fərqli konfederasiyalardan milli komandaların iştirakı ilə mini turnir təşkil olunacaq.

Müxtəlif qitələrdə mini turnir formatında təşkil olunacaq və dörd komandanın qatılacağı ilk belə yarışlardan birinin mart ayında Bakıda keçirilməsi nəzərdə tutulub. Avropadan ölkəmizlə yanaşı, Bolqarıstan, Afrikadan Tanzaniya, Asiya qitəsindən isə Monqolustan milli komandaları turnirdə mübarizə aparacaqlar.

İlk dəfə təşkil olunacaq turnir barədə ətraflı məlumat (təqvim, püşk, stadionlar və s.) daha sonra saytımızda yerləşdiriləcək.

AFFA FIFA-nın yeni layihəsini dəstəkləyir və təşkilati işləri yüksək səviyyədə həyata keçirəcəyini əminliklə ifadə edib.

İdman.biz

Məqalədə: