“Neftçi”nin sabiq futbolçusu “Böyük beşlik”dən 10 milyon avroluq təklif alıb

Xəbərlər
11 Yanvar 2024 17:41
227
“Neftçi”nin sabiq futbolçusu “Böyük beşlik”dən 10 milyon avroluq təklif alıb

“Neftçi”nin sabiq futbolçusu Mateus Saldanya karyerasını “Böyük beşlik”də davam etdirə bilər.

İdman.biz xəbər verir ki, hazırda Serbiyanın “Partizan” klubunda çıxış edən braziliyalı hücumçu cəlbedici təklif alıb.

Keçid baş tutsa, 25 yaşlı forvard üçün Belqrad təmsilçisinə 10 milyon avro ödəniləcək. “Böyük beşlik” liqalarından birində çıxış edən bu klubun adı açılqlanmır.

“Partizan” rəhbərliyi Saldanya ilə bağlı qərarını verməyib. Serbiyalılar onu satmağa razılaşsa, cənubi amerikalı klub tarixinə ən bahalı transfer kimi düşəcək.

Qeyd edək ki, Belqrad klubu Mateusu 2023-cü ilin yayında Yaponiya təmsilçisi “Ceff Yunayted”dən 1,3 milyon avroya transfer edib. O, 2023-cü ilin ilk yarısını icarə əsasında “Neftçi”də keçirib.

İdman.biz

Məqalədə: