Türkiyədə legioner limiti dəyişdirilib

Xəbərlər
11 Yanvar 2024 14:43
202
Türkiyədə legioner limiti dəyişdirilib

Türkiyə çempionatında legioner limiti dəyişdirilib.

İdman.biz xəbər verir ki, bunu Türkiyə Futbol Federasiyasının mətbuat xidməti açıqlayıb.

2024/25 mövsümündən həm Super Liqa, həm də 1-ci liqada yeni limit tətbiq olunacaq. Bu qaydalar növbəti 5 il üçün etibarlı olacaq.

Super Liqada hər komanda indiki kimi 14 deyil, daha az - ilk üç mövsümdə 12, sonrakı iki çempionatda 11 legioneri iştirak ərizəsinə daxil edə biləcək. 1-ci liqada klublar indiki kimi 8 deyil, 6 legioner sifariş etmək hüququna malı olacaq. Bu rəqəm üç ildən sonra 5-ə endiriləcək.

Qeyd edək ki, hər iki liqada ümumi futbolçu sayı da azalacaq. Ümumilikdə hər komanda 30 deyil, 26 oyunçu sifariş etmək hüququna malik olacaq.

İdman.biz

Məqalədə: