“Mançester Yunayted” Kot-d'İvuarın hücumçusunu transfer etmək istəyir

5 İyun 2026 09:08
104
“Mançester Yunayted” Kot-d'İvuarın hücumçusunu transfer etmək istəyir

“Mançester Yunayted” Kot-d'İvuarın və “Hoffenhaym”ın hücumçusu Bazuman Ture ilə müqavilə imzalamaqda maraqlıdır.

İdman.Biz bu barədə “Africafoot”a istinadən məlumat verir.

Mənbənin məlumatına görə, “qırmızı şeytanlar” heyətini gənc və dinamik hücumçu ilə gücləndirməyə çalışır. Klub 20 yaşlı hücumçu uğrunda “Nyukasl Yunayted”lə rəqabət apara bilər.

Ötən mövsüm Ture bütün yarışlarda 32 oyunda meydana çıxıb, beş qol vurub və 12 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. Transfermarkt-dakı məlumata görə, onun bazar dəyəri 40 milyon avrodur.

İdman.Biz