Ukrayna millisinin sabiq müdafiəçisi Boqdan Şerşun dünyasını dəyişib.
İdman.biz xəbər verir ki, "Dnepr"in də şərəfini qorumuş futbolçu 42 yaşında vəfat edib.
Onun ölüm səbəbləri açıqlanmayıb. Şerşun son olaraq Ukrayna Futbol Assosiasiyasında analitik vəzifəsində çalışıb.
Qeyd edək ki, Boqdan Şerşun "Dnepr"in heyətində 2001-ci ildə Ukrayna çempionatının bürünc mükafatını qazanıb. O, 2005-ci ildə Rusiyanın MOİK klubu ilə UEFA kubokunu da qazanıb. Şerçun Ukrayna millisinin heyətində dörd oyun keçirib.
İdman.biz
