Braziliya millisinin yeni baş məşqçisi bəlli olub

8 Yanvar 2024 09:45
508
Braziliya millisinin yeni baş məşqçisi bəlli olub

Futbol üzrə Braziliya milli komandasının yeni baş məşqçisi müəyyənləşib.

İdman.biz xəbər verir ki, “sambaçı”ları “San Paulo”nun sabiq məşqçisi Dorival Junior çalışdıracaq.

61 yaşlı mütəxəssis bu postda Fernando Dinisi əvəzləyib.

Qeyd edək ki, Dorival Junior baş məşqçi karyerası ərzində yalnız Braziliya klublarını çalışdırıb. O, Cənubi Amerikanın 12 fərqli klubu ilə 3 dəfə ölkə kubokunu, 1 dəfə Libertadores və Sudamerikana, həmçinin Braziliya B seriyasının qalibi olub.

İdman.biz

Məqalədə: