Messiyə görə qonşulıqdakı evin qiyməti 25 milyon dollar artıb

Xəbərlər
7 Yanvar 2024 16:45
592
Messiyə görə qonşulıqdakı evin qiyməti 25 milyon dollar artıb

"İnter Mayami"nin və Argentina millisinin hücumçusu Lionel Messinin Amerikaya köçməsi qonşularına böyük xeyir verib.

İdman.biz xəbər verir ki, bunu ulduz futbolçunun qonşusu Patrik Bet David açıqlayıb.

O bildirib ki, futbolçu Fort Lauderdale kurort şəhərciyində villa aldıqdan sonra onun evinin dəyəri 25 milyon dollar artıb: “Mən evimi 20 milyon dollara aldım və Messi bura gəldikdən sonra mənzilin dəyəri 45 milyon dollara qalxdı. Beləliklə, kapitalımı 25 milyon dollar artırdım. Messi bu əraziyə köçdüyündən hamı burada yaşamaq istəyir. Tək girişi olan hasarlanmış ərazi çox təhlükəsiz yerdir. Bir çox insanlar da onu görmək ümidi ilə qayıqlarla bura gəlirlər”.

Qeyd edək ki, Messi ötən yay azad agent kimi “İnter Mayami”yə keçib. Bu müddət ərzində hücumçu bütün turnirlərdə 14 matçda iştirak edib, 11 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

İdman.biz

Məqalədə: