“Barselona” Messinyonu almağı planlaşdırır - FOTO

Xəbərlər
7 Yanvar 2024 13:18
261
“Barselona” Messinyonu almağı planlaşdırır - FOTO

“Barselona” heyətinə yeni futbolçu qatmağı planlaşdırır.

İdman.biz xəbər verir ki, İspaniya klubu 16 yaşlı Estevan Villian Almeyda de Oliveyra Qosalveşi transfer etməyə qərar verib.

Messinyo kimi tanınan cinah hücumçusu “Palmeyras”ın şərəfini qoruyur. Avropanın digər nəhəngləri də onun xidmətində maraqlıdır. “Mançester Siti”, “Arsenal”, “Yuventus” Messinyo ilə ciddi maraqlanır.

Braziliyalı istedadın özü “Barselona”ya keçməyin tərəfdarıdır. Lakin “Palmeyras”ın ona 60 milyon avro qiymət qoyması İspaniya klubunun önündə maneə yaradır.

Qeyd edək ki, Messinyo cari mövsümdə keçirdiyi yeganə oyunda dubla imza atıb. Onun müqaviləsi 2026-cı ildə başa çatacaq.

İdman.biz

Məqalədə: