Nigeriya millisinin və “Beşiktaş”ın sabiq futbolçusu Maykl Eneramo vəfat edib.
İdman.Biz xəbər verir ki, bu barədə Nigeriya Futbol Federasiyası məlumat yayıb.
40 yaşlı veteran futbolçunun ürəktutmasından dünyasını dəyişdiyi bildirilib.
Qeyd edək ki, Eneramo karyerası ərzində “Əl-Şabab”, “Beşiktaş”, “Başakşəhər”, “Sivasspor”, “Əl-İttifaq” və “Kardemir Karabükspor” kimi komandalarda çıxış edib.
