Artetanın transfer istəkləri

3 Yanvar 2024 17:39
570
Artetanın transfer istəkləri

"Arsenal"ın baş məşqçisi Mikel Artetanın qış transfer pəncərəsi ilə bağlı istəkləri bəlli olub.

İdman.biz xəbər verir ki, ispan mütəxəssis klub rəhbərliyindən üç transfer istəyib.

Arteta cinah müdafiəçisi, dayaq yarımmüdafiəçisi və hücumçu alınmasına ehtiyac duyur. Lakin klubun maliyyə durumu və qış transferlərinin çətin alınması onun istəklərinin reallaşmasına əngəl yarada bilər.

Qeyd edək ki, "topçular" transferlərin reallaşması üçün bir neçə oyunçusunu satmağı planlaşdırır.

İdman.biz