Jozef de Souza üçüncü dəfə Tükiyədə

Xəbərlər
2 Yanvar 2024 00:47
117
Jozef de Souza üçüncü dəfə Tükiyədə

Braziliyalı futbolçu Jozef de Souza karyerasını yenidən Türkiyədə davam etdirəcək.

İdman.biz xəbər verir ki, 34 yaşlı futbolçu “Başakşəhər”lə 1,5 illik müqavilə imzalayıb.

Bu, braziliyalı yarımmüdafiəçinin Türkiyədə çıxış edəcəyi üçüncü klub olacaq. Jozef əvvəllər “Fənərbaxça” (2015-2018) və “Beşiktaş” (2020-2023) komandalarının formasını geyinib. O, “Beşiktaş”ın heyətində Türkiyə çempionu olub, ölkə kuboku və Superkubokunu qazanıb.

Qeyd edək ki, Souzanın çıxış etdiyi son klub “Pekin Quoan” (Çin) olub.

İdman.biz