Tuqay Kərimoğlu: “Hazırkı milli komanda dünya çempionatında uğur qazana bilər”

1 Aprel 2026 15:37
143
Tuqay Kərimoğlu: “Hazırkı milli komanda dünya çempionatında uğur qazana bilər”

“Ölkə olaraq çox xoşbəxt və qürurluyuq”.

Bunu AZƏRTAC-a açıqlamasında Türkiyə millisinin sabiq futbolçusu Tuqay Kərimoğlu deyib.

Türkiyə yığmasının dünya çempionatının Avropa zonası üzrə pley-off finalında Kosovo seçməsini 1:0 hesabı ilə məğlub etdiyi matç barədə danışan veteran yarımmüdafiəçi komanda ilə qürur duyduğunu bildirib. 55 yaşlı mütəxəssisin sözlərinə görə, futbolçular çəkdikləri əziyyətin bəhrəsini görüblər.

O, “ay-ulduzlular”ın dünya çempionatındakı şanslarını da dəyərləndirib:

“Düşünürəm ki, hazırkı milli komanda mundialda uğur qazana bilər”.

Türkiyə millisi DÇ-2026-nın final mərhələsində D qrupunda ABŞ, Avstraliya və Paraqvayla mübarizə aparacaq.

Qeyd edək ki, Tuqay Kərimoğlu 2002-ci ildə yığmanın heyətində dünya çempionatının bürünc medalını qazanıb.

İdman.Biz