“Qarabağ”ın futbolçusu Sloveniyaya qarşı oynadı

1 Aprel 2026 11:43
191
“Qarabağ”ın futbolçusu Sloveniyaya qarşı oynadı

“Qarabağ”ın futbolçusu Marko Yankoviçin Monteneqro millisinin heyətində növbəti oyununu keçirib.

İdman.Biz xəbər verir ki, onun formasını geyindiyi milli ötən gün Sloveniya ilə üz-üzə gəlib.

Podqoritsada baş tutan görüş Sloveniyanın 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, M.Yankoviç meydana start heyətdə çıxıb və 83-cü dəqiqədə əvəzlənib.

İdman.Biz