Messidən unudulmaz jest: “Niyə mən, axı meydanda Leo var?” - VİDEO

1 Aprel 2026 12:56
141
Messidən unudulmaz jest: “Niyə mən, axı meydanda Leo var?” - VİDEO

Argentina futbol millisinin Zambiya ilə keçirdiyi yoldaşlıq görüşü futbol tarixinə keçəcək anlarla yadda qalıb. Komandanın kapitanı Lionel Messi karyerasının 902-ci qoluna imza atdığı matçda dubl etmək şansından imtina edərək hər kəsi təəccübləndirib.

İdman.Biz xəbər verir ki, qarşılaşma zamanı qazanılan penalti zərbəsini yerinə yetirməkdən imtina edən Messi topu 38 yaşlı müdafiəçi Nikolas Otamendiyə təqdim edib.

Təcrübəli müdafiəçi əvvəlcə buna etiraz edərək, “Meydanda Leo olduğu halda niyə mən?” sualı ilə təəccübünü gizlətməyib. Lakin kapitan israrla topu ona verərək bu zərbəni məhz onun vurmalı olduğunu bildirib.

Messinin bu addımının səbəbi isə Otamendinin doğma azarkeşləri önündə Argentina forması ilə sonuncu oyununa çıxma ehtimalı olub. Kapitan bu yolla uzunillik komanda yoldaşına özünəməxsus vida hədiyyəsi edib. Penaltini dəqiq yerinə yetirən Otamendi qoldan sonra göz yaşlarını saxlaya bilməyib.

İdman.Biz
Məqalədə: