Türkiyə futbol millisi 24 illik fasilədən sonra yenidən Dünya Çempionatına vəsiqə qazanıb.
İdman.Biz xəbər verir ki, DÇ-2026 Avropa zonası üzrə pley-off mərhələsinin finalında səfərdə Kosovonu 1:0 hesabı ilə məğlub edən qardaş ölkə təmsilçisi möhtəşəm uğura imza atıblar.
“Ay-ulduzlular”ın turnirdəki oyun cədvəli artıq dəqiqləşib. Türkiyə yığması qrup mərhələsindəki ilk sınağına iyunun 14-də Avstraliya qarşısında çıxacaq. Oyun Bakı vaxtı ilə saat 08:00-da başlayacaq.
Türkiyə millisinin qrup oyunlarının təqvimi:
14 iyun, saat 08:00: Türkiyə - Avstraliya
20 iyun, saat 08:00: Türkiyə - Paraqvay
26 iyun, saat 06:00: Türkiyə - ABŞ
Məlumat üçün qeyd edək ki, iyunun 11-dən iyulun 19-dək davam edəcək DÇ-2026-da ümumilikdə 48 ölkənin milli komandası kubok uğrunda mübarizə aparacaq.
