“Liverpul” “Tottenhem”in müdafiəçisini transfer edə bilər

1 Aprel 2026 09:30
134
“Liverpul” “Tottenhem”in müdafiəçisini transfer edə bilər

Hazırda icarə əsasında “Hamburq”da çıxış edən “Tottenhem”in müdafiəçisi Luka Vuşkoviç “Liverpul”un marağına səbəb olub.

İdman.Biz bu barədə Bild-ə istinadən xəbər verir.

“Qırmızılar” cari mövsümün sonunda oyunçunu transfer etməyi ciddi şəkildə nəzərdən keçirir. “Barselona” və “Çelsi” də onun oyunlarını izləyir və Vuşkoviç hər iki komanda üçün uzunmüddətli investisiya olacaq. “Qırmızılar”ın transferi mümkün etmək üçün maliyyə cəhətdən imkanlı olduğu bildirilsə də, klubun bunun üçün konkret addımlar atıb-atmayacağı hazırda məlum deyil.

Bu mövsüm 26 matçda Vuşkoviç beş qol vurub və bir məhsuldar ötürmə edib. Transfermarkt-ın məlumatına görə, müdafiəçinin hazırkı bazar dəyəri 60 milyon avrodur.

İdman.Biz