İngiltərəli azarkeşlərin böyük əksəriyyəti VAR-ın ləğvini istəyir

30 Mart 2026 17:46
98
İngiltərəli azarkeşlərin böyük əksəriyyəti VAR-ın ləğvini istəyir

İngiltərə və Uelsdə azarkeşlərin hüquqlarını müdafiə edən Futbol Azarkeşləri Assosiasiyası geniş sorğu təşkil edib.

İdman.Biz xəbər verir ki, iştirakçıların 76 faizi Video Köməkçi Hakim (VAR) sisteminin tamamilə ləğv olunmasının tərəfdarıdır.

Sorğu çərçivəsində Premyer Liqa klublarının azarkeşlərinə VAR-ın tətbiqi ilə bağlı ümumi təəssüratları, sistemdə aparılan dəyişikliklər və video hakimlərin səlahiyyətlərinin artırılması ilə əlaqədar ümumilikdə 15 sual təqdim olunub.

Nəticələr göstərib ki, azarkeşlər VAR-ın nə qərarvermə sürətini artırdığına, nə də daha dəqiq nəticələr təmin etdiyinə inanırlar.

Eyni zamanda, stadionlara gedən azarkeşlərin cəmi 3,4 faizi bu sistemin oyunun inkişafına müsbət təsir etdiyini düşünür.

İdman.Biz