“Roma”nı tərk edən futbolçu “Qalatasaray”ın hədəfində

Xəbərlər
31 Dekabr 2023 13:12
128
“Roma”nı tərk edən futbolçu “Qalatasaray”ın hədəfində

İcarə əsasında “Roma”da çıxış edən Renatu Sanşeş komandanı tərk edəcək.

İdman.biz xəbər verir ki, PSJ-yə məxsus futbolçu karyerasını Türkiyədə davam etdirə bilər.

Portuqaliyalı yarımmüdafiəçi ilə “Qalatasaray” maraqlanır. Paris klubu Renatunun satmaq istəyindədir. Amma transfer qiyməti ilə bağlı rəsmi rəqəm açıqlanmayıb.

Qeyd edək ki, “Roma”nən baş mşqçisi Joze Mourinyo həmyerlisini çıxışından razı qalmadığı üçün onun komandanı tərk etməsini tələb edib. Renatu 9 oyunda 228 dəqiqə meydanda olub.

İdman.biz