Robert Levandovski millidə 89-cu qolunu vurub

27 Mart 2026 04:10
292
Robert Levandovski millidə 89-cu qolunu vurub

Polşa yığmasının hücumçusu Robert Levandovski 2026-cı il dünya çempionatının seçmə mərhələsinin pley-off yarımfinalının Albaniyaya qarşı oyununun 63-cü dəqiqəsində bərabərlik qolunu vurub.

İdman.Biz bildirir ki, Levandovskinin milli komandasında hazırda 89 qolu var.

“Barselona”nın hücumçusu bu kateqoriyada dünyada beşinci yerdədir və belçikalı Romelu Lukaku və malayziyalı Moxtar Dahari ilə eyni səviyyədədir.

Polşa-Albaniya oyunu 2:1 hesabı ilə briincilərin xeyrinə qurtarıb.

Kriştianu Ronaldu milli komandasında Portuqaliya üçün 143 qol vurmaqla rekorda sahibdir. Lionel Messi isə Argentina üçün 115 qol vurub.

İdman.Biz