Sebastyan Kel Dortmund “Borussiya”sının idman direktoru vəzifəsindən istefa verib

23 Mart 2026 22:49
107
Sebastyan Kel Dortmund “Borussiya”sının idman direktoru vəzifəsindən istefa verib

“Borussiya Dortmund” rəsmi saytında klubun idman direktoru vəzifəsində çalışan Sebastyan Kel ilə müqaviləsini ləğv etdiyini açıqlayıb.

İdman.Biz bildirri ki, Kelin rəhbərliyi dövründə “Borussiya Dortmund” ardıcıl olaraq UEFA Çempionlar Liqasına vəsiqə qazanıb və 2024-cü ildə turnirin finalına çıxıb.

“Səmimi müzakirələrdən sonra Sebastyan Kel, Karsten Kramer və mən yayın dəyişiklik üçün ən uyğun vaxt olduğuna razılaşdıq. Hər iki tərəfə hazırlaşmaq üçün vaxt vermək məqsədilə qarşılıqlı olaraq Sebastianın müqaviləsini dərhal ləğv etmək barədə razılığa gəldik. Sebastianla mənim də uzun bir tarixçəmiz var. Biz təkcə “Borussiya Dortmund”da birlikdə oynamamışıq, həm də 2002-ci ildə birlikdə Almaniya çempionluğunu qazanmışıq. Sebastian klubumuza böyük töhfə verib və biz ona sədaqətinə görə çox minnətdarıq”, - deyə klubun mətbuat xidməti baş direktor Lars Rikenin sözlərinə istinadən bildirib.

2018-ci ildən bəri Kel “Borussiya Dortmund”da dörd il peşəkar oyunçular şöbəsinə rəhbərlik edib və bu müddət ərzində klub 2021-ci ildə Almaniya Kubokunu qazanıb. 2022-ci ilin yayında keçmiş “Borussiya” oyunçusu idman direktoru vəzifəsini icra etməyə başlayıb.

“Borussiya” hazırda Bundesliqanın turnir cədvəlində ikinci yerdədir.

İdman.Biz