“Atletiko Madrid”in baş məşqçisi Dieqo Simeone komandasının martın 22-də “Real Madrid”lə oynayacağı İspaniya La Liqasının 29-cu turundan əvvəl danışıb.
İdman.Biz bildirir ki, “Atletiko” 57 xalla turnir cədvəlində dördüncü yerdədir.
“Hər iki komandanın yerləşdiyi Madriddəki rəqabət səbəbindən bu, vacib matçdır. Bilirik ki, azarkeşlərimiz bu oyunları çox həyəcanlı keçirirlər.
Bu, çox emosiya və həvəslə oynanılan matçdır. Rəqiblərimizə zərbə vurmaq üçün əlimizdən gələni edəcəyik və oyunumuzu quracağıq”, - “Marca” Simeonenin sözlərini sitat gətirir.
